Etiketlərdən uşağımızı necə qoruyaq? - PSİXOLOQ AÇIQLADI

"Bilirik ki, etiket insanların məişətdə, ictimai yerlərdə, küçədə, müxtəlif rəsmi tədbirlərdə davranışını tənzimləyir. Hər bir mədəni insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir. Və etiket qaydalarına hamı əməl etməlidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Günel Allahverdiyeva deyib.

Onun sözlərinə görə, həyatda tez-tez utancaq, özünə qapanan uşaqlara rast gəlirik: "Tanımadıqları insanlar onlara suallar verdikdə o uşaqlar həmin suallara cavab vermirlər. Ətrafda olan insanların bu zaman onlara münasibəti: Aa adını bilmirsən? Sən necə utancaqsan? Sən necə kaprizni uşaqsan?".

Günel Allahverdiya sözlərinə belə davam edib: "Cəmiyyətdə belə hallarla tez - tez rastlaşırıq. Bu zaman həmin şəxslər o uşaqları etiketləyirlər. Uşağınız necə tərbiyəsizdir, nadincdir, necə aqressivdir və s. Bunları eşidən uşaqlar müəyyən zamandan sonra o etiketlənmiş sözləri həyatında qəbul etməyə başlayır.

Bunun əsas səbəbi ola bilsin ki, uşaqlar sual verən insanları tanımır, həmin insanın yanında özünü rahat hiss etmir, ona görə də salamlaşmır. Bir müddət keçdikdən sonra salamlaşacaq.

Əsasən valideynlər buna diqqət etməlidirlər.Əgər valideynlər belə düşünsələr uşağın üstündəki etiketlənmiş sozü götürmüş olacaqlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə