Yeni ildə hansı təhlükəsizlik tədbirləri görülməlidir? - EKSPERT RƏYLƏRİ
Məlumdur ki, Yeni ilə sayılı günlər qalıb. Bəs, bu məqsədlə hansı təhlükəsizlik tədbirləri görülməlidir? SİA mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ekspert Orxan Musayev: “Yeni il ərəfəsində təhlükəli vəziyyətlə qarşılaşmamaq üçün riayət ediləsi bəsit təhlükəsizlik qaydaları mövcuddur. Mənzillərdə elektrik və qazdan istifadə tələbatının artmasına görə onlardan istifadə edərkən nəzarət artırılmalı və diqqətdən kənarda saxlanılmalıdır. Elektrik naqillərinin normadan artıq yüklənilməsinə yol verilməməli, qaz təsərrüfatı ilə bağlı hər hansısa bir qazsızma ehtimalını dəm qazı zəhərlənmə ehtimallarını nəzərdən keçirib onlara qarşı profilaktik tədbirlər görülməlidir.
Evdə mütəmadi havalandırma təşkil olunmalı və elektrik cihazları fasilələrlə istifadə olunmalıdır. Yolkaların bəzədilməsi və istifadəsi zamanı gecə onların işıqlarının yanılı saxlanılması və nəzarətsiz saxlanılaraq mənzilin tərk edilməsi yolverilməzdir.
Mənzillərdə yandırılan şamların və yolkaların üzərində bəzədilmək üçün istifadə olunan bəzədilmə əşyalarının asan yana bilən, yanğına qarşı həssas olan maddələrlə, materiallarla təmasda olmaması nəzərdən keçirilməlidir. Xüsusilə Yeni il ərəfəsində yanğın təhlükəsizliyi məsələlərinə diqqətlə yanaşılmalıdır. Çünki Yeni ildə yanğın hadisələrinin və yaxud qaz sızması nəticəsində partlayış hadisələrinin sayında artım müşahidə olunmaqdadır.
İstifadəsinə icazə verilən pirotexniki vasitələrdən istifadə xüsusi yerlərdə olmalı, eyvanlardan pirotexniki vasitələrin istifadəsinə yol verilməməlidir. Ticarət mərkəzlərində insanların çox toplaşdığı yerlərdə bu vasitələrin istifadəsi qadağandır. Bayram ərəfəsində xoş olmayan hallarla qarşılaşmamaq üçün özümüzü və yaxınlarımızı təhlükədən qorumalı riskləri azaltmalıyıq”.
Sosial məsələlər üzrə ekspert İlkin Hüseyn: “Yeni il bayramı, şənlik və əyləncə dolu olsa da, yanğın, fişəng və digər təhlükəli hadisələrə səbəb ola biləcək risklər də mövcuddur. Bu səbəbdən, özümüzü və ətrafımızdakıları qorumaq üçün bir neçə vacib təhlükəsizlik tədbiri görməliyik. İlk növbədə, yalnız müvafiq icazə verilən yerlərdə fişəng və pirotexniki maddələrdən istifadə etmək lazımdır. Fişəngləri əl ilə tutmaqdan və onları yaxın ərazilərə atmaqdan çəkinmək vacibdir. Ayrıca, fişəng istifadə etmədən əvvəl onun təhlükəsizlik qaydalarını diqqətlə oxumaq lazımdır. Yanğınların qarşısını almaq üçün dekorativ işıqların və elektrik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq yoxlamaq gərəkdir. Qısaqapanma və ya elektrik nasazlıqlarının qarşısını almaq üçün yalnız sertifikatlı və təhlükəsiz işıqlardan istifadə edin. Evdə yanğınsöndürən və ilk yardım dəstələrinin olması həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, açıq hava məkanlarında fişəng istifadə edərkən küləkli havadan çəkinmək lazımdır. Əgər hər hansı bir yanğın baş verərsə, təcili çıxış yollarının olduğu yeri əvvəlcədən müəyyənləşdirin. Uşaqları və ev heyvanlarını fişənglərdən uzaq tutmaq, onların təhlükəsizliyini təmin etmək vacibdir. Yanğın baş verən təqdirdə, dərhal təcili xidmətlərə müraciət edin və onları xəbərdar edin. Ayrıca, ətraf mühitə zərər verməmək üçün fişəngləri yalnız təhlükəsiz və təmiz sahələrdə istifadə edin. Qonşularınızla təhlükəsizlik tədbirləri barədə müzakirə aparın və qarşılıqlı yardım göstərin. Hər bir evdə yanğınsöndürən və təcili yardım vasitələrinin mövcud olduğundan əmin olun. Bütün ailə üzvləri ilə yanğın zamanı nə etməli olduqlarını əvvəlcədən müzakirə edin. Qapı və pəncərələrin düzgün bağlandığından əmin olun, xüsusilə küləkli havalarda. Yalnız peşəkar şəxslərə fişəng və digər pirotexniki maddələri istifadə etməyə icazə verin. Bayram şənlikləri zamanı təhlükəsizliyi təmin etmək hər birimizin məsuliyyətidir. Yeni ilin gəlişi ilə hər kəsin təhlükəsiz və əyləncəli bir bayram keçirməsini arzulayıram. Unutmayın, təhlükəsizliyinizi təmin etmək üçün hər zaman ehtiyatlı olun”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə