Narsist analar və qızları KİMLƏRDİR? - PSİXOLOQ AÇIQLADI

"Narsist analarda ilk növbədə övladlarına qarşı qısqancılıq olur. Bunun səbəbi övladının yalnız onu sevməsi, ondan başqa heç kimə qayğı göstərməməsidir. Həmçinin narsist qadınlar qızlarının emosional sferasına, koqnotov dərk etməyə mənfi təsir göstərir, onun daimi təhqirləri və hər şeydən narazılığı özgüvənsiz övlad yetişdirməsi ilə nəticələnir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib.

Fatimə Bayramova sözlərinə belə davam edib: "Narsist analar qız uşaqlarına sevgi yox, özlərinin davamçısı, onun varlığını yaşadan bir insan kimi dəyər verir, ona görə övladına perfeksionist mövqedə çıxış edərək, onun səhvlərini qəbul etmir, mükəmməliyyətçiliyi aşılayır. Belə uşaqlar da anasını sevindirsin, ondan müsbət cavab alsın deyə yalan danışma kimi hallar da özünü göstərir.

Narsist ananın bəzi davranış xüsusiyyətləri var.

Əgər

1.Sizin ailənizdə hər şey ananın ətrafında dönürsə;

2. Ananızla danışdığınız zaman yalnız özü, öz keçmişi, öz ağıl dərrakəsi haqqında müsbət söyləyib sizi heç dinləmirsə;

3. Sizi qısqanırsa, bir fərd və şəxsiyyət kimi yox, sırf onun surəti olmalı kimi bir baxışı varsa;

4.Empatiya hissi duyğunu hiss etmirsinizsə;

5. Hər kəs sanki ona qulluq etməli,onun sözlərini qeyd şərtsiz yerinə yetirməli tipli qayda qanunları, istəkləri varsa və s. Demək narsist ananın övladısınız.

Narsist ananın övladlarının özlərinin də narsist olma ehtimalı yüksəkdir. Öz yetkin həyatında o da çalışır başqalarını alçaltsın, özünün təlabatlarına qurban versin,hər zaman haqlı çıxsın, empatiya hissin duymasın.

Qızlar narsistə dönməməyi üçün onlara narsistin davranışlarını izah etməli və bu davranış modelinin yalnış olduğunun fərqinə varılmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə