Cəlilabad rayonunda, Cəlilabad stansiyasından 13 km şimalda 3,3 bal gücündə zəlzələ qeydə alınıb.
SİA xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:07-də 25 km dərinlikdə qeydə alınıb. Zəlzələnin hiss olunmadığı qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə