“DSX-nin Sərhəd Nəzarəti Komandanlığının iş rejimi gücləndirilib”

“COP29-la əlaqədar olaraq DSX-nin Sərhəd Nəzarəti Komandanlığının işçi qüvvəsinin sayı artırılıb və iş rejimi gücləndirilib”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında DSX-nin Sərhəd Nəzarəti Komandanlığının hərbi qulluqçusu mayor Nicat Cahidzadə deyib.

O bildirib ki, COP29 zamanı baş verə biləcək hər hansı fövqaladə hal zamanı sistemin və şəbəkənin dayanıqlılığının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb: “Ölkəmizə gələn qonaqlar COP29 əməliyyat şirkətinin nümayəndələri tərəfindən qarşılancaq. COP29 vizası ilə gələn əcnəbilər üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün isə 30 saniyə ərzində sənədlərin yoxlanılıb, dövlət sərhəddindən buraxılması təmin olunacaq. COP29 ərəfəsində yarana biləcək sıxlıq nəzərə alınaraq müasir tələblərə cavab verən avadanlıqların da sayı artırılıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə