Günümüzdə bəzi insanlar qadının uğurunu ailə qurmaqda görür. Bəs, bu nə dərəcədə doğrudur? Qadının uğuru ərə getməklə ölçülür? Mövzu ilə bağlı sosioloq Fatimə Hacıbəylinin fikirlərini öyrəndik.
Onun sözlərinə görə, bacarıqlı qadın üçün həm ailə, həm də iş həyatında uğurlu olmaq mümkünsüz bir şey deyil: “Dünyada sözü gedən hər iki ortamda uğurlu olan qadınlar çoxdur. Azərbaycanda da qadınların hər sahədə göstərdiyi uğur və nəaliyyətlərdən bəllidir ki, zərif cinsin nümayəndələri bəylərdən heç də geri qalmır”.
Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Düşünürəm ki, uğur qazanmaqla bağlı hər kəsin özünəməxsus bir fikri mövcuddur.
Qaldı ailəyə, təbii ki, uğurlu ailə hər bir qadının arzusudur. Hər kişi bir gün evlənəcəyi qadının arzularındakı qadın olmasını istəyir, hər qızın xəyallarında bir ağ atlı şəhzadəsi var. Zaman kimimizin xəyalını gerçək edir, kimimizin düşüncəsini reallaşdırmır. Amma hamı bir gün öz yarını tapacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə