Uşaqları küsərək cəzalandırmaq doğrudur? - PSİXOLOQ AÇIQLADI

Uşaqları küsərək cəzalandırmaq doğrudur? - PSİXOLOQ AÇIQLADI

"Uşaq tərbiyəsində mükafat və cəza mühüm rol oynayır. Valideynlərin tətbiq etdikləri yanlış cəza metodları uşaqda mənfi davranışı düzəltmək əvəzinə onu intiqam xəyallarına yönəldə bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, ilk növbədə, uşağı hansı mənfi davranışına görə cəzalandırdığınızı ona izah etməlisiniz: "Cəza müddətli olmalı və düzgün seçilməlidir".

Psixoloq sözlərinə belə davam edib: "Təəssüf ki, valideynlər məlumatsızlıq səbəbi ilə uşaqlara yanlış cəza metodları tətbiq edirlər. Döymək, qaranlıq otaqda saxlamaq, ac saxlamaq kimi fiziki şiddətdən əlavə, emosional şiddət də göstərirlər. Emosional cəzalardan biri də mənfi davranışına görə uşaqdan küsməkdir. Valideyn uşaqdan küsdüyü müddətdə uşaq özünü günahkar hiss edər, özgüvəni sarsılar və nəticədə böyüdükdən sonra ya sevgi dilənər, ya da aşırı sevgi verən biri olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə