Azərbaycanda məktəblilər arasında yaxşı və zəif oxu göstəriciləri üzrə nəticələr açıqlanıb

Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) açıqlanıb. SİA xəbər verir ki, bu barədə Təhsil İnsitutu məlumat yayıb.

Belə ki, Azərbaycanın PIRLS 2021 nəticələrinə əsasən bölgələr üzrə iştirak etmiş məktəblərin nəticələrinə əsasən ən yaxşı nəticə Sumqayıtda (495 bal) olub. Ən zəif nəticə isə Neftçalada (328 bal) qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.

Bütün xəbərlər Facebook səhifəmizdə