"İnsanın insanı bu şəkildə cəzalandırmağa ixtiyarı yoxdur" - PSİXOLOQ İZAH ETDİ
"Ümumiyyətlə, qadın və kişi psixologiyasında hamımıza məlumdur ki, fiziki olaraq kişinin gücü qadının gücündən daha artıqdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
Psixoloq bildirib ki, zaman keçdikcə tarixən qadınlar peşə, işləmək, pul qazanmaq baxımından keçmişə baxanda müasir dönəmimizdə qadınlarımız da kişilər kimi çiyin-çiyinə vuruşur, çalışır və özünü doğrultmaq üçün, ailəsinin maddi təminatında böyük dəstəkçi olurlar: "Bu gün vəzifədə müxtəlif vəzifələrdə çalışan qadınlarımız buna bariz nümunədir. Qeyd etmək istəyirəm ki, xanımlar ağır fiziki işə cəlb olunmasalar da, özlərinin maddi təminatı üçün gecə növbələrindən tutmuş gündüz növbələri, sürücülük, bir çox işlərdə çox aktivlik göstərirlər. O ki qaldı qadınların zorakılığa məruz qalmasına, zorakılığa məruz qalan qadınlar faiz nisbətində ailə təhsili olmayan, özünə güvəni aşağı olan qadınlardır ki, sanki özlərini kişilərdən çox aşağı hesab edir. Bunlar müqayisəli şəkildə özünü zehni, mənəvi, fiziki cəhətdən zəif hesab edən qadın öz sözünün kəsəri olmayan, özünün haqqını tələb edə bilməyən qadın obrazlarıdır. Bunlar bir qisim qadınlardır ki, sanki öz haqlarını tələb edə bilmədikləri üçün, həyatda öz hesablarına yer qazanmadıqları üçün zorakılığa məruz qalırlar. Öz fikirlərini ifadə edə bilmirlər.
Hansısa professor, iki universitet bitirən qadını döymək olarmı? Bu, təkcə akademik inkişafla əlaqələri olmasa da, heç universitet bitirməyən qadınlarımız var ki, o qədər kübar, xanım-xatın həyat tərzi yaşayır ki, heç vaxt kişisinə özünü döydürməz. Burada da yanaşma keçmişdən qalma düşüncələrdir. Sanki "atam anamı döyüb, nolub ki? Məni də ərim döysə, nolacaq?" deyə qəbullanan qadınlar var, özlərini əzdirməyə hazırdırlar. Yaxud da, fikirlərini ifadə edə bilməyən qadınlar kişilərlə çox kobud davranaraq kişiləri əsəbdən çıxardaraq, sinir sistemini pozaraq özlərini bu həddə çatdırırlar. Sanki döyülməkdən həzz alan qadınlar var, döyülərək mozaxist kimi rahatlıq tapırlar. Bu da uşaqlıqda aldıqları tərbiyədən asılıdır. Bir qisim qadınlar başqa variant tapmırlar, çarəni döyülməkdə görürlər. Əslində kişilərə bu şəraiti yaradan qadınlar var. Gizli işlər görüb, yanlışlara yol verib özlərini qurban verən qadınlar var. Qadın obrazı o demək deyil ki, elə döyülməlidir, kişilərə də şiddət tətbiq edən qadınlar var, həm psixoloji, həm də fizioloji".
"Kişinin zorakılığa meylli olmasına səbəb də məhz həmin qadınların buna rahat şəkildə şərait yaratmasıdır. Qadınlar sanki özləri bu şəraiti yaradır, bu ənənəni davam etdirirlər, hətta övladlarına da tövsiyə edirlər: "o evdən meyidin çıxacaq". Amma belə deyil, insan "kəs səsini otur deməklə" yaşamamalıdır, haqqını tələb etməyi bacarmalıdır. Döyməklə insanı susdurmaq doğru deyil. Kişilərin zorakılığa meylli olmasına səbəb də keçmiş düşüncələridir ki, oğul övladı qeyrət simvoludur. "Qadın yanlış hərəkət edərsə, başı kəsilməli və öldürülməlidir" fikri köhnədən qalıb. Bir çox əsərlərdə də qeyd olunub. Amma belə deyil. Hər bir insanın fərdi inkişaf dinamikası özünə məxsusdur, o, özünə cavabdehdir. İnsanın insanı bu şəkildə cəzalandırmağa ixtiyarı yoxdur. Hər bir insanın kimyəvi tələbatı var, fiziki özünümüdafiə mexanizmi var. Bunu kişilər də, qadınlar da başa düşməlidir. İnsanlar bir-birindən sui-istifadə edir və sui-istifadə etməyə imkan yaradırlar. Kişilərin də zorakılığa meylli olmasına səbəb bəzən qadınların qızışdırıcı mövqeləri olur. Bəzən qadınların döyülmə istəyi ilə əlaqədar kişini buna məcbur etməkləri də olur. Bir çox kişilərin də təfəkküründə "qadın nə qədər döyilsə, o qədər sözə baxan olar" fikri yaşayır. Bu ifadə ilə onlar qadınları döyə-döyə sanki tərbiyələndirməyi düşünürlər. Bu da onlarda genetik cərəyan edir. Babadan, atadan keçmə olur ki, döyə-döyə ağıllandırsınlar. Təəssüflər olsun ki, bu cür möhürlənmiş ənənəyə sadiq qalan, genetik ötürülən davranışlar da var ki, hələ də bir çox ailələrdə hökm sürür" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə