...Sankt-Peterburqda məhkəmə polisə bıçaqla hücum edən şəxsi həbs edib.
SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə regional idarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, mayın 25-də Nastavnikov prospektində sərxoş şəxs mağazada Daxili İşlər Nazirliyinin əməkdaşı qanunsuz hərəkətlərinin qarşısını alarkən ona hücum edib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi (“Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd”) ilə iş açılıb.
Bundan əvvəl Leninqrad vilayətində yerli polis əməkdaşına bıçaqla hücum edən gənc saxlanılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB