Quam sahillərində zəlzələ baş verib

Sakit okeanda Quam adasının sahillərində zəlzələ baş verib. SİA-nın məlumatına görə, RİA Novosti bu barədə ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir.

Bildirilir ki, yeraltı təkanların gücü 5,8-ə çatıb.

Zəlzələnin ocağı İnaracan qəsəbəsindən 51 kilometr cənub-cənub-şərqdə, ocağı isə 59 kilometr dərinlikdə yerləşib. Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Quam Sakit Okeanın qərbində, Mikroneziyada bir adadır və ABŞ-ın ən qərb ərazisidir.

Bundan əvvəl Meksikada güclü zəlzələ baş verib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə