Saxta attestatlar Rusiyada hazırlanıb..?

Belarusda, Minskdə iki abituriyent universitetin qəbul komissiyasına saxta attestat gətirib.

SİA-nın məlumatına görə, bununla bağlı təfərrüatları Dövlət Məhkəmə Ekspertizası Komitəsinin mətbuat xidmətindən veriblər.

…Bu ilin mart ayında paytaxt ali məktəblərindən birinin qəbul komissiyası təhsilə qəbul üçün sənədləri qəbul edib, - deyə idarədən bildirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, iki abituriyentin təqdim etdiyi sənədlərin siyahısına Rusiya müəssisələri tərəfindən verilmiş orta təhsil haqqında attestatlar daxil edilib. Sözügedən sənədlər komissiya üzvlərində onların həqiqiliyinə şübhə yaradıb.

Polis əməkdaşları arayışları müsadirə edərək sənədlərin məhkəmə-texniki ekspertizasına göndəriblər.

Mütəxəssislər müəyyən ediblər ki, orta təhsil haqqında adları çəkilən iki sənəd və onlara əlavələr onları istehsal edən müəssisə tərəfindən hazırlanmayıb.

...Yəni hər iki sənəd saxtadır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə