Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır - İlham Əliyev

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı) yeni səhifəsi açılır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.

“Bu gün müzakirə etdiyimiz məsələlər, əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə yaxın edəcək”, - deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı vurğulayıb:

“Bizim gücümüz birlikdədir. Qələbə bizimlədir və həmişə bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”

Bütün xəbərlər Facebook səhifəmizdə