Futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı baş verən insident nəticəsində yaralananların sayı 79-a yüksəlib. SİA “Reuters”ə istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzindəki” Water Street” küçəsində qeydə alınıb. İzdihamın içərisinə sürülən avtomobil onlarla insanın xəsarət almasına səbəb olub. Yaralılardan yeddisi hazırda xəstəxanadadır və onların vəziyyətinin sabit olduğu bildirilir.
Polis hadisə ilə bağlı istintaqı davam etdirir. 53 yaşlı sürücü artıq saxlanılıb və onu dindirmək üçün hüquq-mühafizə orqanlarına əlavə vaxt verilib. Şəxs qəsdən adam öldürməyə cəhd, təhlükəli sürücülük və narkotik maddələrin təsiri altında sükan arxasında olmaqda şübhəli bilinir.
Bütün xəbərlər Facebook səhifəmizdə