Ukrayna qaz təchizatı üçün yeni marşrut tapıb...

Ukrayna Amerikadan mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün yeni marşrut tapıb.

SİA xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Nəşrin mənbələrinin qeyd etdiyi kimi, yeni marşrut üzrə ilk çatdırılmalar yaxın günlərdə başlayacaq.

Yanacaq əks istiqamətdə Yunanıstandan Bolqarıstan, Rumıniya və Moldova vasitəsilə tədarük ediləcək.

Bu variant gündə təxminən üç milyon kubmetr qazın əlavə idxalına imkan verəcək.

...İlk tədarüklər iyunda başlaya bilər. Əgər tədarüklər oktyabrdan sonra davam edərsə, Ukrayna ilin sonuna qədər 700-800 milyon kubmetr Amerika LNG ala bilər.

Bunu müəlliflər qeyd edirlər.

ExPro Daily Gas-ın məlumatına görə, Ukraynada təbii qazın qiyməti son iki ilin ən yüksək həddinə çatıb və hər kubmetr üçün maksimum 23 min qrivnaya (553 dollar) çatıb.

Aprelin sonunda qiymət bir ildə ilk dəfə olaraq Avropada bu növ yanacağın spot qiymətlərini üstələyib.

Analitiklər hesab edirlər ki, buna səbəb tələbin təklifdən əhəmiyyətli üstünlüyü ilə bağlıdır.

Ali Radanın Energetika Komitəsi rəhbərinin birinci müavini Aleksiy Kuçerenko etiraf edib ki, respublika yanacağı yalnız Avropa vasitəsilə alır, baxmayaraq ki, Rusiya qazının bir hissəsi Ukraynaya axmaqda davam edir.

Avropada qaz bazarı ümumidir, ona görə də “Türk axını” qaz kəmərindən hansı molekulların keçdiyini, qazın Macarıstan və Serbiyaya haradan axdığını öyrənmək mümkün deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə