Bu gün 2 iyul Azərbaycan Polisinin günüdür, yaranmasının 106-cı ili tamam olur. Azərbaycan polisi 106 ildə, əsasən də yenidən müstəqillik əldə olunandan sonra hər an ön sıralarda, ən qaynar nöqtələrdə olub. Birinci Qarabağ müharibəsində, ikinci Qarabağ müharibəsində ölkədə ictimai asayişi qorunması ilə yanaşı eyni zamanda ərazi bütövlüyümüzün müdafiəsində, torpaqlarımızın işğaldan azad olunmasında aktiv döyüşlərdə iştirak ediblər. Vətən uğurunda minlərlə polisimiz canlarından keçib, şəhidlik zirvəsinə ucalıblar, sağlamlıqlarını itirib qazi adını qazanıblar.

Fəxrlə qeyd etməliyik ki, Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Şirvan şəhərindən olan polis əməkdaşı Nofəl Quliyevdir. Polis bu gün dövlətin əsas stunlarından, dayaqlarından hesab olunur. Bəzi qara niyyətli qüvvələrin mənfur əməllərinin qarşısını zamanında almaq üçün kriminagen durum polis nəzarətində olmalıdır. Eyni zamanda bəziləri polis olmasa fürsətdən istifadə edər və insanların rahatlığını, asayiş pozar və ölkədə xaos yaradarlar. Xarici və daxili qara qüvvələrində əsas məqsədi də budur. Azərbaycanı 90-cı illərin əvvəllərinə yenidən qaytarmaq arzusundadırlar.

Son günlərdə polisə olan hücumların, qarayaxmaların, gözdən salmaların arxasında məkirli niyyət dayanır. Amma həmin məkirli və dövlətçiliyimizə düşmən kəsilən şəxslərə xırda xatırlatma və müqayisə etmək istəyirəm. Bu gün respublikanın daxili işlər naziri Vilayət Eyvazovdur. Olduqca peşəkar, ədalətli, insanlara sayqıyla yanaşan, qəbul edən, dinləyən, problemlərinin həllinə yardımçı olan və ən əsası dövlətinə sədaqətli bir nazir olmasını hər kəs görür və təqdir edir. Nazir Vilayət Eyvazovu kim və nə vaxt xalqın gözü qarşısında insanları təhqir etməsini, alçaltmasını hətta zor tətbiq etməsini görüb? Heç kim. Amma belə hallar Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyəti dövründə daxili işlər naziri İsgəndər Həmidovun davranışlarının şahidi olub və heç zaman da unutmayacaq. İsgəndər Həmidovun şəhər və rayonlara basqınlarını, soyğunçuluqlarını, Azərbaycan Televiziyasına gəlib amip-çiləri söyüb təhqir etməsini, hətta çəkdiyi bahalı Malbro siqareti ilə öyünərək əhalini təhqir etməsini xalq olaraq unutmadıq və qaraguruhçulara da xatırlatmaq yerinə düşər.

Yaşadığımız Şirvan şəhərində (o zamankı Əli Bayramlı) küçədə sakinlər qorxusundan gəzə bilmirdilər. Cəbhəçilərin hakimiyyəti dövründə Surəti Hüseynovun dəstəsi Əli Bayramlının icra başçısını oğurlayıb aparmışdılar. Əli silahlı quldurlar istədikləri şəxslərin avtomabillərini küçənin ortasında saxlatdırıb əlindən alırdılar. Əsl hərcmərclik, anarxiya, xaos hökm sürürdi.

Bu gün isə Şirvanda respublikamızın hər yerində olduğu kimi sabitlik, əminamanlıq və sakitçilik hökm sürür. Təbii ki, polisin gərgin zəhmətinin və əməyinin sayəsində. Bu nailiyyətlərə kölgə salmaq, görməmək insanlıq hissini itirənlərin xarakterinə aiddir. Kimsə Azərbaycan xalqının, dövlətinin qələbəsini, zəfərini həzm edə bilmirsə boşuna özlərini yormasınlar. Çünki xaqımız Qalib dövləti ilə, Müzəffər Sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevlə və eyni zamanda 106 yaşlı qorxmaz, cəsur polisi ilə qürur duyur. Bu birliyi, əminamanlığı, sabitliyi kimsə sarsıda bilməz. Çünki Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan möhkəm dövlət və dövlətçilik ənənəsi var. Azərbaycan dövlətinin etibarlı əllərdə olmasına hər kəs əmindir və günü gündən güclənməsinə yalnız sevinirik.

Yaşasın Azərbaycan dövləti, Yaşasın Azərbaycan polisi.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə