Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib - FOTOLAR

Azərbaycan Ağsaqqallar Şurası xeyirxahlıq missiyasını davam etdirir. SİA xəbər verir ki, İslam aləminin müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təşkilat dəfə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində şəhid ailələrinin üzvlərinə, qazilərə və aztəminatlı ailələrə qurban payları təqdim edib.

Qurban paylarını təqdim edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və digər şəxslər sakinləri bayram münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıblar. Qeyd ediblər ki, Azərbaycan Ağsaqqallar Şurası tərəfindən bundan sonra da şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstəriləcək.

Sakinlər dövlət səviyyəsində də hər zaman böyük qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qurban bayramı günlərində davam etdiriləcək bu xeyriyyə aksiyası 2500-yə yaxın ailə üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə