Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində yaxın günlərdə əmək bazarının tələblərinə uyğun olaraq daha 3 peşə üzrə hazırlıq kursları da təşkil ediləcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin kurslar fotoqrafiya, avadanlıqların (kompüter, telefon, planşet, televizor və sair) təmiri və manikür peşələri üzrə olacaq, 3-6 ay davam edəcək.
Bununla yanaşı, Mərkəzdə floristika, bədii tikmə və dizayn üzrə dərnəklər də təşkil ediləcək. Habelə sosial-psixoloji ünsiyyət, rəqs, musiqi və peşə istiqamətləri üzrə terapiyaların tətbiqi də nəzərdə tutulub.
Hazırda Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaşlı əlilliyi olan şəxslərin 10-dan çox istiqamət (kompüter istifadəçisi, dərzilik, toxuculuq, ağac üzərində oyma, qadın bərbəri, kişi bərbəri, rəssamlıq, xalçaçılıq və s.) üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.
Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB