"Hər insanın həyatı bir rəqəmdə gizlidir" - NUMEROLOQ İZAH ETDİ

"Hər insanın həyatı bir rəqəmdə gizlidir" - NUMEROLOQ İZAH ETDİ

"Hər birimizin həyatı saylarda və şifrələrdə gizlənib". Bu sözləri SİA-ya açıqlamasında təlimçi, motivator, numeroloq, Teta-healier, bioenerji uzmanı, yaşam koçu, astroloq Vüsalə Əliyeva deyib.

O bildirib ki, çünki saylar Allahın bizimlə danışmaq şəklidir: "Bizim bütün həyatımız boyu yaşadıqlarımız, verdiyimiz imtahanlar, yaşadığımız sınaqlar, uğurlar və uğursuzluqlar hamısı doğum tariximizdə, ad və soyadımızda gizlidir. Onları analiz etdiyimiz zamansa biz həyatımızın idarəetməsini öz əllərimizə ala biləcəyik. Eyni zamanda təbii ki, bura uğurlu peşə və ixtisaslarımız, gördüyümüz işlər, çalışdığımız sahələr hər biri aiddir. Hər insanın həyatı bir rəqəmdə gizlidir. Həmin rəqəmi üzə çıxartdığımız zaman isə artıq bizim üçün hansı sahə uğurludur, yaxud uğursuzdur, biz hansı sahədə çalışmaqla uğurlu ola bilərik, onu müəyyən etmiş olarıq.

Həmçinin də işə götürdüyümüz insanların rəqəm sayına uyğun işlər təklif edəriksə, həmin işi görən insan öz tutduğu mövqeyində daha uğurlu və daha faydalı ola bilər. Eyni zamanda biz öz rəqəm sayımızın bizə verdiyi peşələr üzrə oxusaq və çalışmağa başlasaq, biz də eyni uğuru və kariyera inkişafını öz həyatımıza çəkmiş olacağıq. Çünki ifadə sayımız bizim bacarıqlarımızın hamısını ortaya qoymasa da, ən asan və təbii şəkildə nə edəcəyimiz mövzusunda bizə ipucları verir, çünki keçmiş təcrübələrimizin bir toplamıdır. Həyat yolu bildiyimiz kimi bizim gedəcəyimiz tək istiqamətdir və bacarıqlarımızı sərgiləyəcəyimiz tək bazardır. Ona görə də öz potensialımızın, öz istedadımızın nə qədər tez istiqamətini bilsək, həyatımız bir o qədər uğurlu və düzənli olar. Nəticə olaraq da biz həm işləməkdən, həm də pul qazanmaqdan zövq alacağıq, uğurlarımız da bol olacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə