Abşeron-Xızı Reginal Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Poeziya Evində "Sənə xidmətdən qürur duyuruq, Vətən" adlı layihəsinin davamı olaraq maraqlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, əbədiyyətə qovuşmuş qəhrəmanlarımıza ədəbi nümunələr həsr edən şair və yazıçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə “Sizi xatırladır” adlı sərgiyə baxış keçirilib. Ekspozisiyada tanınmış rəssamların Zəfər mövzulu əsərləri ilə yanaşı, şəhidlərə aid şəxsi əşyalar da nümayiş etdirilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qara Qarayev adına 1nömrəli uşaq musiqi məktəbinin şagird kollektivi şəhidlərə aid musiqi səsləndirib.
Aparıcı Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev sözü qonaqlara verib. Şəhər icra hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin məsləhətçisi Bayram Cəfərov,, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Poeziya Evinin direktoru İbrahim İlyaslı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu,Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova və başqaları Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və antiterror tədrbiləri barədə danışıb, tədbirin mahiyyəti haqda iştirakçılara məlumat veriblər.
Sonra AYB üzvü olan sumqayıtlı şair və yazıçılar şəhidlərin fotosu yerləşdirilən çərçivələrə həkk olunmuş adlı şeirləri səsləndiriblər. Hər bir şəhidin həyat yolu, arzu və istəyini özündə əks etdirən yığcam poetik nümunələr hər kəs tərəfindən minnətdarlıq hissi və alqışlarla qarşılanıbdır.
İlhamə Məhəmmədqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB