Sabah restoran qiymətləri hər kəsi VAHİMƏYƏ SALACAQ - AÇIQLANDI

Sabah restoran qiymətləri hər kəsi VAHİMƏYƏ SALACAQ - AÇIQLANDI

"Bildiyiniz kimi son onilliklərdə 14 fevral sevgililər günü bizim ölkədə də geniş qeyd edilir. Bununla əlaqədar bir çox obyektlər bayram tədbirləri, əyləncə proqramları, banketlər, özəl qida və yerləşdirmə paketləri təklif edirlər. Qeyd etmək lazımdır ki, bu ərəfədə bazarda tələb artır və bu təkliflərin, o cümlədən, qiymətlərin artmasına gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Samir Dübəndi sözlərinə belə davam edib: "Digər tərəfdən, təbii ki, bu fürsətdən süni istifadə edərək, təklif etdikləri xidmətlərin onların keyfiyyətinə uyğunluğunu pozaraq qiymətləri artıranlar da olur. Fərqli, özəl, daha yüksək keyfiyyətli xidmətlərin qiymətləri bir qədər yüksək olur. Yalnız yuxarıda qeyd etdiyim mütənasiblik pozulduqda bu fakt xidmət istehlakçılarının narazılığına gətirib çıxarır.

Hesab edirəm ki, belə neqativ halların qarşısını almaq üçün kompleks tədbir və həllərin keçirilməsi tələb edilir. Bu sırada sənayedə çalışan mütəxəssislərin kvalifikasiyasının təsdiqlənməsindən tutmuş, həmin bizneslər üçün daha əlverişli, rahat və eyni zamanda dürüst, aydın tələblərlə tənzimlənən funksiyaların tətbiqinə qədər müxtəlif tədbirləri sadalamaq olar. Bayramı təntənəli keçirmək fikrində olan vətəndaşlarımıza tövsiyə edə bilərəm ki, sifarişlərini öncədən etsinlər, son günü gözləmədən, seçim etdikdə isə təcrübəli, yüksək reytinqi olan, müsbət rəylərlə fərqlənən şirkətlərə müraciət etsinlər.

Sonda qeyd etmək istərdim ki, turizm və qonaqpərvərlik sənayesi belə bir iqtisadi fəaliyyət sahəsidir ki, həm məhsullar və eyni zamanda xidmətlər istehsal edir. Bunların isə satılmasının vacibliyi haqqında ölkə iqtisadiyatı üçün hər kəs əhəmiyyətini dərk edir. Sosial-iqtisadi mühitin yaxşılaşdırılmasında turizm və qonaqpərvərlik sənayesinin istehsal etdiyi məhsul və xidmətlərin rolu bir mənalı əvəzedilməzdir. Bunları nəzərə alaraq bu sahədə çalışan hər kəs öz məsuliyyətini düzgün anlamalı və gördüyü işləri şərəflə qiymətləndirməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə