"99 yaşlı seçici səsvermədə iştirak edib"

"99 yaşlı seçici səsvermədə iştirak edib"

21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 14 saylı Seçki Məntəqəsində növbədənkənar prezident seçkiləri keçirilir. SİA xəbər verir ki, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi, 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Məntəqə sədri İsgəndərova Mədinə: "Bu gün seçkimiz fəal şəkildə keçir və seçicilərimiz çox böyük ruh yüksəkliyi ilə yaxınlaşır. Bizdə bu saata kimi 18 yaşı tamam olmuş 2 gənc və 99 yaşlı seçici səsvermədə iştirak edib. Seçkilər çox şəffaf keçir və hər hansı nöqsan yoxdur.
Bir neçə dəqiqə əvvəl xarici müşahidəçilər də burada idi və hətta məntəqəmiz xoşlarına gəldiyi üçün bizə şokolad hədiyyə verdilər".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə