“Ümid edirəm ki, gün sonuna qədər seçicilərin aktivliyi davam edəcək” - RESPUBLİKA ÜZRƏ MÜŞAHİDƏÇİ
“Bu gün səhər saat 08:00-dan etibarən bir neçə seçki məntəqəsində olmuşam. Seçki məntəqələrinin hər birində seçicilərin fəallığı yüksək səviyyədə idi”. SİA xəbər verir ki, bu sözləri respublika üzrə müşahidəçi Pərvanə Xalıqova deyib.
Onun sözlərinə görə, məntəqələrdə heç bir qanun pozuntusu ilə rastlaşmayıb: “Hazırda da 16 saylı Yasamal ikinci seçki dairəsinin 33 saylı məntəqəsindəyəm və burada da olduğum andan etibarən seçicilərin böyük izdihamı ilə rastlaşdım. Həqiqətən də vətəndaşların seçki prosesinə bu cür diqqəti sevindirici haldır.
Burada da heç bir qanun pozuntusu müşahidə etməmişəm, proses operativ şəkildə təşkil olunub.
Ümid edirəm ki, gün sonuna qədər də seçicilərin aktivliyi davam edəcək”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB