“Fiziki cəza uşaqlarda böyük travmalara səbəb olur” - PSİXOLOQ DANIŞDI
“Uşaq tərbiyəsində cəzalandırma, mükafatlandırma metodu daha effektivdir. Cəza dedikdə təbii ki, fiziki cəza nəzərdə tutulmur. Fiziki cəza uşaqlarda böyük travmalara səbəb olur və onları aqressivləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, fiziki cəza alan uşaqlar digər uşaqlarla münasibətlərdə də fiziki cəzalara əl atmış olurlar: “Azərbaycanda psixoloqla məsləhətləşmə artıq çoxalıb. Əvvəllər insanlar psixoloqla məsləhətləşmədən ailə qururdularsa, indi artıq psixoloqa getmək böyük bir tendensiya olub. Gənclər artıq ailə qurmazdan öncə psixoloqla məsləhətləşir, problemlərini bölüşürlər. Hətta hamiləlik dönəmində belə xanımlar psixoloji dəstək alırlar. Lakin yenə də bu tək-tük ailələrə məxsus haldır, geniş vüsət almayıb. Gələcəkdə uşaq tərbiyəsini düzgün öyrənmədən ana-ata olmağa hazırlaşanların sayı azalacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB