Estetik əməliyyatların insan psixologiyasına hansı təsiri ola bilər? - PSİXOLOQ FİKRİ
"Estetik əməliyyata müraciət edənlər əsasən xarici görünüşündən narazı olan insanlardır. Bu insanlar komplekslərindən azad olmaq, özlərinə olan güvənlərini bərpa etmək, ünsiyyətlərində rahatlıq yaratmaq və bəzən də hansısa tanınmış şəxsə yaxud seçilmiş bir insana bənzəmək üçün əməliyyata baş vururlar. Lakin əməliyyat öncəsi "istədiyim kimi alınacaq?", " mənə yaraşacaq?" kimi suallar və əməliyyatdan qorxmaq stress, təşviş yarada bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gövhər Məmmədova deyib.
Onun sözlərinə görə, bu səbəbdən estetik əməliyyata qərar verilən zaman psixoloq dəstəyi alınması məsləhət görüləndir: "Bu, həm şəxsin daha düzgün qərar verə bilməsinə, həm qorxularını aradan qaldırmağa, həm də əhval-ruhiyyəsini yüksəkdərək əməliyyata psixoloji olaraq hazır daxil olmağına kömək olacaqdır. Əslində hər bir tibb müəssisəsi gələn şəxsləri psixoloq dəstəyi ilə tanış etsə, maariflənməklərinə səbəb ola bilər. Əməliyyat sonrası daha həssas period olduğu üçün həyəcan sonlanmaya, yeni stress formalaşa bilər, həmçinin bəzi hallarda nəticə ürəkaçan olmaya bilər. Bunları da aradan qaldırmaq üçün şəxsə həm ailəsi dəstək olmalı, həm də professional dəstək alınmalıdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB