Kişilərin qadınlardan tez ölməsinin səbəbi BƏLLİ OLDU - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

"Statistikaya görə, qadınların daha uzunömürlü olmasında iki əsas amil var. Biri psixoloji, digəri isə sosial amildir. Sosial amil odur ki, kişilər arasında adətən yol-qəza hadisələrində, dava-dalaşda, əsgərlik və ya müharibədə ölənlərin sayı daha çox olur. Bütün bunları bir yerə toplayanda böyük faiz edir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Sosioloq sözlərinə davam edərək bildirib ki, ölkəni tərk edənlərin sayı da bu statistikaya təsir edir: "Bundan əlavə, qadınların psixologiyasında belə bir şey var ki, onlar cəmiyyətdə baş verən hadisələrə tez qıcıqlanmır, əsəbləşmirlər. Kişilər isə iqtisadi, siyasi və başqa bir sıra vəziyyətdən asılı olaraq güclü reaksiya verirlər. Kişilərin qadınlardan daha tez ölməsinə təsir göstərən digər bir faktor da yeməkdir. Kişilərin alkoloq, siqaret və sairədən daha çox istifadə etməsi onların ömrünün qısalmağında mühüm rol oynayır. Beləliklə, bu məsələdə bir deyil, bir neçə amildən danışmaq lazımdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə