“Zəhərlənmə halı 12-24 saata qədər də uzana bilər“ - MÜTƏXƏSSİS AÇIQLADI
“Qida zəhərlənmələri ilin bütün fəsillərində baş verir. Lakin yay aylarında qida zəhərlənmələrinə daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri yay mövsümündə temperatur yüksək olduğu zamanlarda qidaların düzgün saxlanılmamasıdır. Sənaye üsulu ilə hazırlanmış məhsullardan istifafə edildikdə bu zaman son istifadə müddəti göstərilməyən və açıq şəkildə satılan məhsullar, ət və ət məhsulları, eyni zamanda dönər və bənzəri qidaların düzgün bişirilməməsi və saxlanılmaması da zəhərlənmələrə yol açır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, qarpızdan baş verən zəhərlənmə halları da ilk sırada yer alır: “Bəzən qarpızın düzgün yetişdirilməməsi, tərkibində kimyəvi maddələrin çoxluğundan qaynaqlansa da, digər səbəb isə qarpızın torpaqda yetişməsidir. Çünki bu zaman bir çox mikrobların yayılıraq, nəticədə zəhərlənmələrə səbəb olur.
Zəhərlənmənin əlamətləri özünü bir neçə formada göstərə bilər. İmmun sistemi güclü olan insanlarda zəhərlənmə qarında ağrı, şişkinlik və ya islah kimi daha kiçik formada göstərə bilər. Lakin güclü zəhərlənmələr immun sistemi zəif olan insanlarda, yüksək risk qrupuna aid olan uşaqlar və yaşlılarda, xroniki xəstəliyi olanlarda isə güclü ürəkbulanma, temperaturun yüksəlməsi, görmənin itməsi, soyuq tər, müvazinətin itirilməsi, əl və ayaqlarda qıcolmalar şəklində müşahidə olunur. Bu artıq ciddi və təhlükəli zəhərlənmə hesab olunur.
İlk növbədə bilmək lazımdır ki, zəhərlənmə hər orqanimzdə eyni saatda baş vermir və eyni təsiri göstərmir. Bəzən qidanı qəbul etdikdən 30-40 dəqiqə sonra, bəzən də 12-24 saata qədər də uzana bilər. Əgər zəhərlənmə özünü zəif göstərirsə, bu zaman evdə ilkin yardım olaraq çoxlu su qəbul edilməsi tövsiyyə olunur. Buna zaman sodalı su və ya kömür dərmanının suya qatışdıralaraq içilməsini təmin etmək lazımdır.
Zəhərlənmə təhlükəli hal aldıqda isə mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Çünki bu halın davam etdiyi təqdirdə artıq infeksiyanın qana keçməsi prosesi baş verə bilər. Bu isə xəstəyə daha ağır nəticələr gətirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB