Qusarda taxıl sahələrindən 5 min tondan çox məhsul yığılıb

Qusarda taxıl sahələrindən 5 min tondan çox məhsul yığılıb

Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Qusarda bu günə kimi 1805 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 5 min tondan çox məhsul yığılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov bildirib ki, rayonda biçin prosesinə 41 kombayn cəlb olunub.

“İstirahət günləri olmasına baxmayaraq rayonda yaradılmış biçin üzrə qərargahın üzvləri yerlərdə fermer və mexanizatorlarla mütəmadi görüşlər keçirirlər. Mütəxəssislər təsərrüfatçılarla lazımi maarifləndirmə söhbətləri aparırlar”, - deyə Rauf Minhacov söyləyib.

Bu il Qusar rayonunda 23 min 830 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 16 min 8 hektarı buğda, 7 min 822 hektarı arpa sahələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə