Bayram günləri işçiləri qanunsuz işlədənlər necə cəzalandırılacaq? - HÜQUQŞÜNAS AÇIQLADI
“Əgər, konkret olaraq ölkədə rəsmi bayram günləri elan olunubsa, bu günlər işçiləri işə çağırmaq əsassız və qanunsuzdur. Bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə iş vaxtından artıq işlətməyə görə məsuliyyətə cəlb olunmağa səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, burada nəzərə alınmalı bir məqam var: “Belə ki, istehsalat prosesinin davamlılığını qorumaq üçün işçilər işə dəvət oluna bilər. Bu işçilərə də müvafiq qaydada ödəniş olunmalıdır. Məsələn, çörək sexləri, restoranlar, ictimai iaşə obyektləri, hüquq mühafizə orqanları və s. bu kateqoriyaya aiddir”.
Şamil Paşayev sözlərinə belə davam edib: “Amma hər hansı bir ödəniş etmədən sadəcə müdirin və yaxud da rəhbər şəxs işçinin bayram günü işdə olmasını arzulayırsa, bu qanunsuz və əsassız işə dəvət etmə hesab olunur. Bu barədə tədbir görülə bilər. Vətəndaş bundan narazıdırsa, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, yaxud məhkəməyə müraciət edə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB