Qatarda nasazlıq yaranıb - QURUMDAN AÇIQLAMA

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nəriman Nərimanov" metrostansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb. Qurumdan SİA-ya verilən məlumata görə, maşinist əlavə texniki baxış tələb etdiyindən vaqon boşaldılıb və "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə