Dumanlı hava şəraitində sürücülər nələrə diqqət etməlidir? - DYP RƏSMİSİ AÇIQLADI

“Dumanlı hava şəraiti ilə bağlı sürücülərə əsas tövsiyəmiz odur ki, ara məsafəsinə, sürət həddinə diqqət yetirsinlər! Ən vacib olan budur”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, dumanlı havada görmə məsafəsi aşağı düşür: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları məhz bu məsələrdə xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!"

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə