Ət məhsullarını marketdən yoxsa bazardan almalı? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

Ət məhsullarını marketdən yoxsa bazardan almalı? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

“Bir sıra ölkələrdə ümumiyyətlə bazar yoxdur. Lakin Azərbaycanda bazarlar fəaliyyət göstərir. Bazar və market məhsullarının fərqi əsasən onların qiymətindədir. Bazar və marketlər arasındakı ikinci fərq isə məhsulların saxlanılma şəraitindədir. Qida məhsulları adətən marketlərdə daha yaxşı şəraitdə saxlanılır. Lakin təəssüflər olsun ki, marketlərin anbarlarında nə baş verdiyindən bizim xəbərimiz olmur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, insanlar isə seçim arasında qaldıqda bir çox hallarda bazarlara üz tuturlar: “Təbii ki, nümunəvi bazarlar da mövcuddur.

Bazarlardakı ciddi problemlərdən biri də alınan məhsulun geri qatarıla bilməməsidir. Çünki adətən bazarlarda kassa çeki verilmir və məhsul istehlakçının tələbinə uyğun olmadıqda geri qaytarma zamanı problemlər yaşanır. Burada tək qida ilə bağlı bazarları nəzərdə tutmuram, sənaye məhsulları və s. satılan bazarlar da eyni qəbildəndir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uzun müddətdir ki, insanların ət məhsullarını bazardan almamaları ilə bağlı iş aparır. Lakin hələ heyvanların identifikasiyası həyata keçirilməyib və marketlərdə satılan ətin mənşəyi barədə informasiya almaq mümkün olmur. Buna görə də insanlar bazarlara gedir, ət kəsimini gözləri ilə gördükləri yerlərə güvənirlər. İstehlakçılar isə əti bazarlardan almaqdan əl çəkməlidirlər. Bunun üçün isə AQTA elə bir iş aparmalıdır ki, insanlar onlara inansın”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə