"Böyük Əfv sərəncamının imzalanmasının şahidi olacağıq” - QURUM RƏSMİSİ BİLDİRDİ
“Əfv Komissiyasının artıq 4 iclası keçirilib. Fevralın 7-də komissiyanın beşinci iclası keçiriləcək. Bu, yəqinki may ayına qədər davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib.
Onun sözlərinə görə, Əfv Komissiyası hər dəfə 100-dən çox müraciətə baxır. Komissiyanın üzvləri fərdi müraciətlər əsasında müzakirə edirlər: “Burada həm vətəndaş cəmiyyətinin, həm Milli Məclisin nümayəndələri, həm də Əfv Komissiyasının sədri Samir Nuriyev də iştirak edir. Müzakirələr demokratik şəraitdə aparılır. Hər bir müraciətə həssaslıqla yanaşılır. Aprel ayının sonuna kimi davam edilən iclaslarda müsbət rəy verilən sənədlər cənab Prezidentə təqdim olunacaq. Əfv məsələləri Prezidentin müstəsna səlahiyyətinə daxildir. Onun qərarı ilə kimlərin əfv olunacağı aydınlaşdırılacaq. Yəqinki biz Ümummilli Liderin 100 illiyində böyük əfv sərəncamının imzalanmasının şahidi olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə