“Azəristiliktəchizat”ın rəhbərliyi vətəndaşlarla görüşüb - FOTOLAR

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlarla görüşüb. ASC-dən SİA-ya bildirilib ki, qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, onların Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, həlli araşdırma tələb edən məsələlər aidiyyəti şöbələrin icraatına göndərilib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sədrin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və “Azəristiliktəchizat” ASC-nin nümayəndələri qəbuldan sonra Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən Bayraq Muzeyində olub, muzeyin əməkdaşları nümayiş etdirilən eksponatlar haqqında qonaqlara ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə