SİA Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsənin APA-ya verdiyi müsahibəsini təqdim edir:
– Ramil müəllim, öncəliklə Qərbi Azərbaycana Qayıdış Konsepsiyanın təsdiq edilməsi münasibətilə sizi təbrik edirəm. Söhbətimizə də elə buradan başlayaq: Qayıdış Konsepsiyası nə vəd edir?
– Çox təşəkkür edirəm. Mən də hər birimizi təbrik edirəm.
Bildiyiniz kimi, cənab Prezidentin Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimindəki tarixi nitqindən sonra bir aydan çox müddətdir ki, biz Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı mütəxəssislərə və Azərbaycan ictimaiyyətinə müraciət edərək və verilən təklifləri dəyərləndirərək ortaq müzakirələr əsasında Qayıdış Konsepsiyasını hazırlamışıq. Təhlükəsiz formada qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlı bütün prosedurları hüquqi cəhətdən özündə ehtiva edən bu konsepsiya yeddi istiqamətli hədəflərdən ibarətdir. Konsepsiyanın hazırlanmasında əsas məqsədlərdən biri beynəlxalq təhlükəsizliyin təmin edilməsidir. Bilirsiniz, qərbi azərbaycanlılar 1905-1906, 1918-1923, 1948-1953 və nəhayət, 1988-1991-ci illərdə öz yurdlarından qovulublar. Konsepsiya bu proseslər nəticəsində yurd-yuvalarından qovulmuş azərbaycanlıların və onların hüquqi varislərinin geri qayıtmasının təmin edilməsi, onların təhlükəsiz şəkildə yaşayışının təmin edilməsi, eyni zamanda, lazım olan iqtisadi-sosial təminatlarının həyata keçirilməsi, həmçinin Ermənistan hökumətindən tələb etmiş olduğumuz haqlı tələblərimizin yerinə yetirilməsi ilə bağlı beynəlxalq zəmanətin alına bilməsi ilə əlaqədar müddəaları özündə ehtiva edir.
– Qayıdış Konsepsiyası beynəlxalq hüquqdakı hansı qanunları əsas götürür?
– Beynəlxalq Qaçqınlar Konvensiyasında yer alan qaçqınların geri qayıdışına dair müddəalar, Mülki və Siyasi Hüququn Təminatı ilə bağlı Beynəlxalq Pakt, BMT-nin qəbul etmiş olduğu İnsan Hüquqları ilə bağlı Beynəlxalq Konvensiya, eyni zamanda, digər bu kimi insan hüquqları və azadlıqları, sərbəst və azad yaşayışın təminatı, həmçinin qaçqınların öz evlərinə qayıdışını təmin edən sənədlər burada əsas götürülüb.
– Ramil müəllim, illər boyu düşmənçilik şəraitində yaşamış iki xalqın – söhbət azərbaycanlılarla ermənilərdən gedir – birgə yaşayışı ilə bağlı müəyyən problemlər çıxa bilər, bu, aydındır. Bununla bağlı nə düşünürsünüz?
- Haqlısınız. Düzü, birinci mərhələdə Ermənistan hökumətinə güvənmirik. Bu baxımdan, prosesin yekunlaşacağı dövrə qədər icma hüquqi varis olduğu üçün qayıdış həyata keçirildiyi müddətdə, həm də qayıdış həyata keçirildikdən sonra belə Ermənistan hökuməti, beynəlxalq təşkilatlar, eyni zamanda, bizə qucaq açan Ana Vətənimiz olan Azərbaycan hökuməti və digər strukturlar qarşısında rəsmi, hüquqi zəmanətimizin təmsilçisi olaraq, Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirəcək. Yəni hər hansısa bir problem olacağı təqdirdə, icma rəsmi və hüquqi təmsilçilik missiyasını yerinə yetirəcək.
Biz tarixi ata-baba torpaqlarımızda bilavasitə reinteqrasiyanın, reabilitasiyanın tərkib hissəsi olacağıqsa, həm Ermənistan hökuməti BMT tərəfindən və BMT-yə üzv olan bütün dövlətlər tərəfindən tanınan öhdəlikləri, eyni zamanda, milli azlıqlarla bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməsi ilə bağlı məsuliyyət daşımaqdadır. Bu məsuliyyəti dərk edib həyata keçirməsindən ötrü Qərbi Azərbaycan İcması qərbi azərbaycanlıların hüquqlarını və müdafiəsini qoruyan rəsmi bir struktur kimi çalışma planını özünə hədəf seçib.
– Aydındır. Konsepsiyada Beynəlxalq Təhlükəsizlik missiyası öz əksini tapıb. Ümumiyyətlə, bu anlayış barədə danışmağınızı istəyirəm.
– Burada beynəlxalq qüvvələrdən ibarət olan missiyanın qərbi azərbaycanlıların qayıdacağı ərazilərə öncədən yerləşdirilməsi və reinteqrasiya prosesi başa çatana qədər, xalqların bir-biri ilə normal qonşuluq münasibətində yaşaması prosesi baş tutana qədər o missiyanın özfəaliyyətinin davam etdirilməsi nəzərdə tutulur. Biz bu prosesdə Azərbaycan hökuməti və onun müvafiq qurumları ilə daimi məsləhətləşmələr aparırıq, köməyindən və dəstəyindən beynəlxalq təhlükəsizlik missiyasının formalaşması, eyni zamanda, vurulmuş maddi-mənəvi zərərin Ermənistan tərəfindən ödənilməsi ilə bağlı qarşıya çıxa biləcək bütün proseslərin beynəlxalq məhkəmələr qarşısında qaldırılması və Ermənistan hökumətindən tələb olunması ilə bağlı Qərbi Azərbaycan İcmasının qaldıracağı məsələlərin də hökumət və dövlət strukturu kimi Azərbaycan tərəfindən xahiş edəcəyik. Çünki bu məsələdə daim Azərbaycan hökumətinin dəstəyinə inamımızı ifadə edirik. Əminəm ki, qayıdış planımız normallaşma prosesini də özündə ehtiva edəcək. Düşünürəm ki, Ermənistan tərəfi bizim qayıdışımızın təminatını həyata keçirməklə bağlı öz məsuliyyətini dərk etməklə bərabər, həmçinin sərbəst şəkildə ana dilində təhsil, məhkəmə orqanlarında və icra strukturlarında Azərbaycan dilində öz fikirlərini, problemlərini ifadə eləməklə bağlı məsələlər də Ermənistan tərəfindən də təmin olunmalıdır.
– Ramil müəllim, qayıdışın neçə mərhələdən ibarət olması nəzərdə tutulub?
– Bu, bir neçə mərhələdən ibarət olacaq. Bu mərhələlərdən birincisi, sənədlər paketinin Azərbaycan ictimaiyyətinə və dünya ictimaiyyətinə təqdim edilməsidir. İkincisi, Ermənistan Respublikası və BMT-nin Qaçqınlar Ali Komissarlığı ilə birlikdə digər mərhələlərin həllinə start verməkdir. Biz məhz BMT-nin Qaçqınlar Ali Komissarlığının sözügedən prosesdə vasitəçi olmasını istəyirik.
Onu da deyim ki, qayıdış könüllü formada həyata keçiriləcək, məcburi yox. Həmçinin artıq insanların siyahıya alınması da başlayıb. Yaxın gələcəkdə bununla bağlı elektron sistem də tətbiq edəcəyik. Çünki bilirsiniz, dünyanın bir çox ölkəsinə səpələnmiş və kökü qərbi azərbaycanlılara bağlı olan və öz torpağına qayıtmağa həvəsli olanlar üçün bu sistem əlverişli olacaq. Növbəti mərhələdə iqtisadi və sosial cəhətdən o insanların təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda, kompakt şəkildə yaşayışlarını təmin etmək əsas məqsədimizdir. Əvvəllər də azərbaycanlılar orada kompakt formada yaşayıblar. O prosesin təmin olunması da əsas məqsədimizdir. Bilirsiniz, Qərbi Azərbaycanda kəndlərin əksəriyyətində azərbaycanlılar kompakt formada yaşayıb. Çox az sayda kənd var ki, orada hər iki millətin nümayəndəsi birlikdə yaşayıb. Mən həmçinin oraya qayıdan soydaşlarımızın təhlükəsizlik zəmanətinin verilməsini də qeyd eləmək istəyirəm. Evlərinin təmiri, yaxud inşası, iş yerlərinin tikilməsi, işlə təmin olunması məsələsini də Ermənistan hökumətindən tələb etməkdəyik. Yəni bu özü də mərhələli formada həyata keçiriləcək müddəalardan biridir.
Bilirsiniz ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesi gedir. Bəzən bu Ermənistan tərəfinin məsuliyyətsizliyinə görə, dalana dirənir, ləngiyir, amma Azərbaycan qayıdış prosesinin sülh yolu ilə əldə etmək istədiyini davamlı formada vurğulayır. Biz arzu edirik ki, yaxın gələcəkdə imzalanması gözlənilən böyük sülh sazişinə qərbi azərbaycanlıların yurdlarına qayıtmaları ilə bağlı müvafiq bir müddəa da salınsın.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-ın müdafiə naziri İsrailə gizli səfər edib? - İDDİA
Siyasət 06:05ABŞ-da məsciddə atışma olub - bir nəfər ölüb
Dünya 04:06Azərbaycan əleyhinə çağırış edən aktyor axtarışa verildi
Mədəniyyət 03:05Bu gün Zəngilanın azad edilməsindən 6 il ötür
Siyasət 02:02Qazax sakinini ildırım vurub
Hadisə 01:22Kim Çen İn beyin qanaması keçirib? - İDDİA
Dünya 01:03Azərbaycanda baş həkim vəfat edib
Səhiyyə 19 Oktyabr 23:22Avropanın ən yaxşı futbolçusu o seçildi...
İdman 19 Oktyabr 22:30Azərbaycan İrana arpa tədarükünü bərpa edib
İqtisadiyyat 19 Oktyabr 22:19Fransada şok qərar - küçəyə çıxmaq qadağan edildi
Dünya 19 Oktyabr 22:01Toyota qeyri-adi texniki arxitekturaya malik Corolla hazırlayır...
Texnologiya 19 Oktyabr 21:52Bizlərdə onu necə deyirlər hə, Allah analı babalı böyütsün...
Maraqlı 19 Oktyabr 21:28Kvasdan “Alenka”ya qədər...
İqtisadiyyat 19 Oktyabr 21:06“əl-Kəhf” surəsi və İslam esxatologiyası...
Sosial 19 Oktyabr 20:49“Vampirlər, yadplanetlilər - Bəs sonra nə?”
Maraqlı 19 Oktyabr 20:27Avropa Mərkəzi Bankının rəhbəri Putinə güclü bir mesaj çatdırdı...
İqtisadiyyat 19 Oktyabr 20:05“Medvedev boş bir Finlandiya şüşəsi ilə xalçanın üzərində uzanıb”
Dünya 19 Oktyabr 19:51Tramp nə ilə məşğuldur?
Dünya 19 Oktyabr 19:28Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər
Siyasət 19 Oktyabr 19:25Rusiya Xarkov vilayətində parka zərbə endirib...
Dünya 19 Oktyabr 19:18ISW: Ukraynanın rekord qıran hücumu Rusiyanın zəifliklərini üzə çıxardı
Dünya 19 Oktyabr 19:05Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqlənib
Dünya 19 Oktyabr 18:57Rusiyalı könüllü polkovnik olan atasına emosional bir müraciət edib
Dünya 19 Oktyabr 18:52Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub
Hadisə 19 Oktyabr 18:39İqtisadçı Rusiyanın tezliklə yeni milli valyuta tətbiq edə biləcəyini deyir
İqtisadiyyat 19 Oktyabr 18:27Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq
İqtisadiyyat 19 Oktyabr 18:27Azərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublar
Sosial 19 Oktyabr 18:16“Münaqişənin həlli növbəti altı-doqquz ay ərzində baş verəcək”..?
Dünya 19 Oktyabr 18:06Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 19 Oktyabr 18:02ABB Beynəlxalq Risk Forumu keçirib
İqtisadiyyat 19 Oktyabr 17:51Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanılıb
Sosial 19 Oktyabr 17:47Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Hadisə 19 Oktyabr 17:41Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
Sosial 19 Oktyabr 17:34“AKP-də qardaşlığımızı daxili işlərimizə burun soxmaq fürsəti bilənlər bərk yanılırlar”
Siyasət 19 Oktyabr 17:16Soyuq havalarda evsiz insanların müdafiəsi üçün hansı sosial tədbirlər görülməlidir? - RƏY
Sosial 19 Oktyabr 17:12Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış - MƏQALƏ
Siyasət 19 Oktyabr 17:12MTK-nın fəaliyyəti nə vaxt başa çatmalıdır? - EKSPERT AÇIQLADI
Sosial 19 Oktyabr 17:05“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” - EKSPERT DANIŞDI
İqtisadiyyat 19 Oktyabr 16:58Səhiyyəmizdə inteqrasiya – BAXIŞ BUCAĞI
Siyasət 19 Oktyabr 16:44“AQEM Azərbaycanın Avropa ilə Asiya arasında strateji bağlantı rolunu gücləndirir“ - DEPUTAT DANIŞDI
Siyasət 19 Oktyabr 16:32Payızda allergiya şikayətləri niyə davam edə bilər? - RƏY
Səhiyyə 19 Oktyabr 16:11“Azərbaycan-Qazaxıstan əməkdaşlığı Orta Dəhlizdə yeni mərhələ açır” - ŞƏRH
Siyasət 19 Oktyabr 16:11"Fransada sosial narazılıq genişmiqyaslı siyasi proseslərə çevrilə bilər" - POLİTOLOQ
Dünya 19 Oktyabr 16:05Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
İdman 19 Oktyabr 15:52ZƏFƏR DASTANI
Ədəbiyyat 19 Oktyabr 15:51Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
Sosial 19 Oktyabr 15:51Füzuliyə yeni həyat qayıdıb - MƏQALƏ
Siyasət 19 Oktyabr 15:41Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə - MƏQALƏ
Siyasət 19 Oktyabr 15:38Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
İqtisadiyyat 19 Oktyabr 15:30Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub
Hadisə 19 Oktyabr 15:10Göbələk alarkən nələrə diqqət etməliyik? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI
Sosial 19 Oktyabr 14:52Ötən həftə 1400 hektardan çox ərazi minalardan təmizlənib
Hadisə 19 Oktyabr 14:50Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq
Mədəniyyət 19 Oktyabr 14:48Bir qrup energetik təltif edilib - Sərəncam
Siyasət 19 Oktyabr 14:45Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
Səhiyyə 19 Oktyabr 14:44Fransa od içində, ölənlərin və yaralıların sayı dəhşət yaradır - TƏHLİL
Siyasət 19 Oktyabr 14:26Mənzil alarkən dəyər itkisi və satış problemi yaşamamaq üçün nələrə diqqət etməli? - EKSPERT
Sosial 19 Oktyabr 14:22“Azərbaycan və Türkiyə bir bədəndə iki candır, heç bir din bizi bir-birimizdən ayırmamalıdır” - ŞƏRH
Siyasət 19 Oktyabr 14:00Tramp 2027-ci ildə Özbəkistana səfər edə bilər
Dünya 19 Oktyabr 13:56Gənclərdə yuxusuzluğun psixoloji fəsadları nələrdir? - PSİXOLOQ DANIŞDI
Sosial 19 Oktyabr 13:56"Heç bir daxili və xarici qüvvə Azərbaycanda mövcud olan sarsılmaz birliyi poza bilməz" - ŞƏRH
Siyasət 19 Oktyabr 13:55“Radikal müxalifət üçün milli maraqlar prioritet deyil” - DEPUTAT DANIŞDI
Siyasət 19 Oktyabr 13:41Qış geyimlərinin qiyməti: mövsümi alış-verişdə necə qənaət etmək olar? - ARAŞDIRMA
İqtisadiyyat 19 Oktyabr 13:38ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
İqtisadiyyat 19 Oktyabr 13:20"Azərbaycanın müdafiə imkanları diplomatik fəaliyyətinin təsir gücünü artırır" - POLİTOLOQ
Siyasət 19 Oktyabr 13:20Balıq alarkən nələrə diqqət etməliyik? -EKSPERT DANIŞDI
Siyasət 19 Oktyabr 13:17Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib
Siyasət 19 Oktyabr 13:05Sabah rayonlara yağış yağacaq
Hadisə 19 Oktyabr 12:51Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Hadisə 19 Oktyabr 12:49Milli Paralimpiya Komitəsinin yaradılmasından ötən 30 il - TƏHLİL
Siyasət 19 Oktyabr 12:35Tarixi Zəfərdən tam suverenliyə: Azərbaycanın qətiyyətli yolu - MƏQALƏ
Siyasət 19 Oktyabr 12:22XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
Sosial 19 Oktyabr 11:57Xəzər dənizində zəlzələ olub
Hadisə 19 Oktyabr 11:44Badamdarda Hədəf Stars International kampusunun açılışı keçirilib - FOTOLAR
Təhsil 19 Oktyabr 11:30Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu qeydə alınıb
İdman 19 Oktyabr 11:24Mama-ginekoloqların növbəti aylıq toplantısı Mərkəzi Gömrük Hospitalında həyata keçirilib.
Səhiyyə 19 Oktyabr 11:23Azərbaycanda gənc ədiblər üçün beş atelye yaradılacaq - RƏSMİ
Sosial 19 Oktyabr 11:23Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 19 Oktyabr 11:22Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
Siyasət 19 Oktyabr 11:21TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Səhiyyə 19 Oktyabr 11:20“Bakı Kitab Sərgisində 50 şair və yazıçı arasında onlayn səsvermə keçiriləcək” - Şöbə müdiri
Sosial 19 Oktyabr 11:09“XII Bakı Beynəlxalq Kitab Sərgisində 300-dən çox tədbir keçiriləcək” - Vasif Qurbanzadə
Sosial 19 Oktyabr 11:06Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
İdman 19 Oktyabr 11:04“Biz özümüzü tanımadan xaricdə tanına bilmərik” - Vasif Qurbanzadə
Sosial 19 Oktyabr 11:00“Biz kitab xalqıyıq” - Orxan Fikrətoğlu
Sosial 19 Oktyabr 10:56“Milli yaddaş olmadıqda dövlətin güclənməsi mümkün deyil” - Orxan Fikrətoğlu
Sosial 19 Oktyabr 10:49Özəl xəbərlər
Digər xəbərlərSoyuq havalarda evsiz insanların müdafiəsi üçün hansı sosial tədbirlər görülməlidir? - RƏY
Sosial 19 Oktyabr 17:12MTK-nın fəaliyyəti nə vaxt başa çatmalıdır? - EKSPERT AÇIQLADI
Sosial 19 Oktyabr 17:05“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” - EKSPERT DANIŞDI
İqtisadiyyat 19 Oktyabr 16:58“AQEM Azərbaycanın Avropa ilə Asiya arasında strateji bağlantı rolunu gücləndirir“ - DEPUTAT DANIŞDI
Siyasət 19 Oktyabr 16:32Payızda allergiya şikayətləri niyə davam edə bilər? - RƏY
Səhiyyə 19 Oktyabr 16:11“Azərbaycan-Qazaxıstan əməkdaşlığı Orta Dəhlizdə yeni mərhələ açır” - ŞƏRH
Siyasət 19 Oktyabr 16:11
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9094
+0,02%
-
GBP
2,2657
+0,18%
-
RUB
2,0358
+0,33%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



