Hansı formada təhsil almalıyıq: Qiyabi yoxsa əyani? - ARAŞDIRMA
Ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir. Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı, hər hansı bir sahədə işləməyə də şərait yaradır.
Qiyabi təhsil formalarından biri kimi aktuallığını itirməkdədir. Çünki texnikanın, texnologiyaların inkişafı əyani təhsildən kənar təhsilalma imkanlarını artırıb. Hazırda distant (məsafədən) təhsil yolu ilə təhsillənməyə geniş imkanlar açılır. Nöqsanının olub-olmamasından asılı olmayaraq qiyabi təhsil elektron sistemlər dövründə sıradan çıxır. Buna görə də elektron-texnoloji imkanları olan ölkədə (insanlarda və müəssisələrdə) distant təhsilə ehtiyac qalmır. Bu gün bəziləri belə fikirdədirlər ki, hər gün ali təhsil müəssisələrinə gedib-gəlmək vacib deyil, çünki lazımi bilikləri asanlıqla əldə etmək olar.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Təhsil müəssisəsində yeni tanışlıqlar və əlaqələr yaranır və bu əlaqələr qlobal düşünməyi öyrədir. Qazanılmış lazımi bilik və bacarıqlar sonradan praktikada faydalı olur. Əyani təhsildə birincisi oriyentasiya sessiyasıdır ki, bu sessiya zamanı tələbələr mühazirələrdə, praktiki və laboratoriya məşğələlərində iştirak etməklə, lazımi materialları müstəqil öyrənməklə müəyyən bilik bazası əldə edirlər. Qeyd etmək vacibdir ki, bütün fənlər təsdiq edilmiş plana uyğun şəkildə öyrənilir. İkinci mərhələ imtahan və testlərin verilməsidir. Məhz burada tələbənin materialı necə mənimsədiyi yoxlanılır. Hazırda qiyabi tələbə obrazı kəskin şəkildə dəyişib. Əvvəllər qiyabi təhsil prestijli hesab edilmirdisə, bu gün işəgötürənlər təhsil formasından daha çox universitetin nüfuzuna diqqət yetirirlər. Təcrübə göstərir ki, işi və təhsili məharətlə birləşdirən məqsədyönlü və məsuliyyətli qiyabi tələbələrdən fərqli olaraq, əyani təhsil alan məzunlar heç də həmişə yaxşı bilik və bacarıqlarla öyünə bilmirlər.
Distant təhsilin üstünlükləri
Eyni anda bir neçə işi görməyin nə qədər çətin olduğunu bilirik. İşlə təhsilin birləşməsi istisna deyil. Bir gün ərzində işə vaxt ayırmalı, məşq etməli, ailəyə diqqət yetirməli oluruq. Distant təhsil fənləri, sürətli keçid və vaxtınızı düzgün idarə etməyi öyrədir. Tələbə başa düşməlidir ki, təhsil prosesinin uğuru tamamilə özündən asılıdır. Müəllimlər tərəfindən gündəlik nəzarət olmadan belə müstəqil olaraq təlim cədvəli hazırlamaq lazımdır. Burada insanın məsuliyyət, özünü idarə etmək qabiliyyəti kimi keyfiyyətləri təzahür edir. Qiyabi təhsillə distant təhsilin fərqi ondan ibarətdir ki, tələbə universitetdən kənar uyğun olaraq müstəqil təhsil alır. İmtahanlar zamanı institutda mühazirələrə və seminarlara gedir, sessiyada iştirak edir. Üstünlüklərə gəldikdə isə təhsil almaq daha ucuz başa gəlir, eyni zamanda həm işləyə, həm də oxuya bilir, tələbələrdən daha erkən karyera qurmaq imkanları verir.
Qiyabi təhsilin mənfi cəhətlərinə gəldikdə isə təqaüdlər və ya digər güzəştlərdən kənar qalır.
Karyera qurmaq tələbələrdən qısa müddətdə böyük həcmdə materialı mənimsəmək, nəzarət və kurs işlərini tamamlamaq tələb olunur. Bütün tələbələrin əsas problemi buraxılış layihəsini uğurla başa çatdırmaqdır.
Elm və təhsil üzrə ekspert Səbubi Adullayev: "Əvvəla əyani, yəni ənənəvi təhsilin qiyabi təhsildən üstünlüyü nədir sualına baxsaq, burada tək təhsil deyil, təhsil alanları davranış qaydaları, dinləmə vərdişləri, müəllim nitqini və jestləri daha tez qavramasına şərait yaradır. Onlayn təhsil formasında isə sərbəstlik daha çox olur, bu da öz növbəsində dərsə olan diqqəti aşağı salır və yayınma halları çoxalır. Digər üstünlüklərinə də toxunmaq olar, məsələn yanındakı yoldaşla anında müzakirə apararaq dərsi daha yaxşı anlaya bilər. Əyani təhsil zamanı tələbənin mimikasından müəllim bilir ki, hansı tələbələr dərsi yaxşı başa düşməyib və onlara başqa üsulla izah etməsi bu problemi həll edə bilir. Bütün bunlarla yanaşı, qiyabi təhsilində üstünlükləri müasir dövrdə qaçılmazdı. İlk növbədə vaxt və əlavə xarclər azad olur. Eyni zamanda təhsilə əl çatanlıq artır. Məsələn ucqar bir məktəbdə kimya müəllimi olmazsa onlayn plotformadan bu fənn üzrə kifayət qədər mütəxəssiz tapmaq olar. Başqa üstünlüklərindən birinə baxsaq, məsələn Amerikanın hansısa universitetinə onlayn daxil olub təhsil almaq olar. Hansı ki kimlərsə üçün onlayn mümkün deyil. Biz hələki ənənəvi təhsilə üstünlük veririk, ancaq yaxın illərdə onlayn və qiyabi təhsilin üstünlüklərinin artacağı şüphə doğurmur".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə