Böyük Britaniyada alim Albert Eynşteynə məxsus skripka 200-300 min funt-sterlinq (təxminən 460-689 min manat - red.) qiymətinə hərraca çıxarılıb. SİA xəbər verir ki, bu barədə İngiltərənin "Dominic Winter" hərrac evi məlumat yayıb. Hərrac oktyabrın 8-də hərrac keçiriləcək. Nəşrin məlumatına görə, Nobel mükafatı laureatı və nisbilik nəzəriyyəsinin müəllifi bu musiqi alətini 1890-cı illərin ortalarında Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə yola düşməzdən bir müddət əvvəl Almaniyada əldə edib. Eynşteyn uşaq ikən anası Paulinanın təkidi ilə skripkada ifa etməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə