Zelenski Makronla Ukraynaya hücuma cavabı müzakirə edib

Zelenski Makronla Ukraynaya hücuma cavabı müzakirə edib

Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynaya hücuma cavabı müzakirə edib.

SİA xəbər verir ki, bu barədə Ukrayna rəhbəri Telegram-da məlumat verib.

...Biz müvafiq cavabı təmin etmək üçün diplomatik səylərimizi, gələcək addımlarımızı və tərəfdaşlarımızla təmaslarımızı əlaqələndirdik, - deyə yazıda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, sentyabrın 7-də Rusiya ordusu yüksək dəqiqlikli silahlar və hücum dronları ilə Ukrayna İHA-larının istehsalı, yığılması, təmiri, saxlanması və buraxılması obyektlərinə, eləcə də Ukrayna hərbi hava bazalarına kütləvi zərbələr endirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə