...Rusiyada, Tümenda iki ailə arasında ev alqı-satqısı üstündə yaranan münaqişə 39 yaşlı şəhər sakininin əleyhdarlarına atəş açması ilə faciəyə çevrilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə zamanı bir ailənin üzvləri də daxil olmaqla 3 nəfər yaralanıb, hamısı güllə yarası ilə xəstəxanaya yerləşdirilsə də, sağ qalıblar.
Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən qısa müddətdə saxlanılıb. İstintaq Komitəsi artıq hadisə yerinə baxış keçirib, şahidlər dindirilib və zəruri ekspertizalar təyin edilib.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin şəxsən bu işin vacibliyini vurğulayaraq istintaqın gedişi haqqında hesabat istəyib.
İstintaq davam edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170