“Mən hazıram”,- dedi Amerika prezidenti…

Tramp sanksiyaların ikinci mərhələsinə keçməyə və Putini “cəzalandırmağa” hazırdır. ABŞ prezidenti bu barədə Ağ Evin qarşısında keçirdiyi mətbuat konfransında bildirib...
“Mən hazıram”,- dedi Amerika prezidenti…

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların “ikinci mərhələsinə” keçməyə hazır olduğunu bildirib.

SİA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Trampın Ağ Ev qarşısında keçirdiyi mətbuat brifinqindəki bəyanatına istinadən məlumat yayıb.

Xüsusilə, jurnalistin Ağ Evin Rusiya diktatoru Vladimir Putinə (Ukraynaya qarşı kütləvi zərbələrə görə-A.B.) cəza kimi Kremlə qarşı sanksiyalar tətbiq etməyə hazır olub-olmaması ilə bağlı sualına Tramp müsbət cavab verib.

“Mən hazıram”,- dedi Amerika prezidenti…

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə