ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların “ikinci mərhələsinə” keçməyə hazır olduğunu bildirib.
SİA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Trampın Ağ Ev qarşısında keçirdiyi mətbuat brifinqindəki bəyanatına istinadən məlumat yayıb.
Xüsusilə, jurnalistin Ağ Evin Rusiya diktatoru Vladimir Putinə (Ukraynaya qarşı kütləvi zərbələrə görə-A.B.) cəza kimi Kremlə qarşı sanksiyalar tətbiq etməyə hazır olub-olmaması ilə bağlı sualına Tramp müsbət cavab verib.
“Mən hazıram”,- dedi Amerika prezidenti…
Əli Babayev