Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 19:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.
SİA-nın məlumatına görə, xidmətdən bildirilib ki, leysan xarakterli yağışlar nəticəsində saat 17:00-dan başlayaraq Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə