Slovakiyanın paytaxtı Bratislava şəhərində gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatı yekunlaşıb.
SİA xəbər verir ki, Azərbaycan komandası fərdi mübarizədə 3 medal qazanıb.
Belə ki, ilk gündə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medala sahib olub.
Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edib və beşinci olub.
Qeyd edək ki, sentyabrın 4-dən 7-dək keçirilən qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə