Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli ilə bağlı Vaşinqtonla danışıqlar aparmır. SİA xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan üzvü “Əl Ərəbiyyə” telekanalına ABŞ Prezidenti Donald Trampın hərəkatla danışıqların aparılması barədə açıqlamasını şərh edərkən deyib. "Vaşinqtonla birbaşa və ya dolayı danışıqlar barədə məlumat doğru deyil", - HƏMAS-dakı mənbə bildirib. Bundan əlavə, mənbə qeyd edib ki, hərəkat Qəzza zolağında daimi atəşkəsə, İsrail qoşunlarının anklavdan çıxarılmasına və humanitar yardımın göstərilməsinə imkan verəcək istənilən təkliflərə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə