Çin Ukraynada istifadə edilən silahları yaxından öyrənir...

Çin Ukraynadakı müharibəni diqqətlə izləyir və döyüş meydanında istifadə olunan yeni silah növlərini öyrənir.

SİA-nın məlumatına görə, bunu Ukrinform-a müsahibəsində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.

O qeyd edib ki, Ukrayna kəşfiyyatı Çin rəhbərliyinin Pekində keçirilən paradda nümayiş etdirdiyi hərbi potensialı da təhlil edir.

...Biz bunun üzərində işləyirik, amma belə deyək: onların nümayiş etdirdikləri Çinin nüvə triadasını bir daha vurğulayır - hava, quru, dəniz, onların yeni raket silahları inkişaf etdirmələri və Çinin böyük səfərbərlik potensialı var. Bu, ən vacib şeydir, - Skibitski qeyd edib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi onu da əlavə edib ki, çinlilər həm Rusiya Federasiyasının yeni silahları, həm də hazırda Ukraynada döyüş meydanında istifadə olunan yeni Qərb silahları ilə bağlı hər şeyi diqqətlə öyrənirlər.

...Pekin burada baş verən müharibəni çox diqqətlə izləyir.

Bunu da Skibitski deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə