"Heydər Əliyev - zülmətdən aydınlığa" adlı tədbir keçirilib - FOTOLAR

YAP İmişli rayon təşkilatının “Ü.Hacıbəyov” ərazi partiya təşkilatında “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev – zülmətdən aydınlığa” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, “Ü.Hacıbəyov” ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan zamanın çətin sınaqlarından şərəflə keçmişdir. Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna durardı. Xalqımız tərəfindən Ulu öndər dahi şəxsiyyət və müdrik dövlət başçısı kimi, həm də xalqını, onun tarix və ədəbiyyatını içdən sevən vətənpərvər siyasətçi kimi hüsn-rəğbətlə dəyərləndirilir. Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan böyük xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Hal-hazırda H.Əliyevin davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız Qafqazda lider ölkə olaraq qalır.

Çıxış edən “Ü.Hacıbəyov” ərazi partiya təşkilatının sədri Nazim Əzimov çıxışında qeyd edib ki, Azərbaycan öz nicatını görkəmli siyasətci, Ümummilli Lider H.Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışında tapdı. Xalqın taleyüklü məsələlərinin uğurlu həlli, ölkədə milli həmrəliyin, sülh və demokratiyanın bərqərar olması, xarici siyasət istiqamətindəki qətiyyətli addımlar, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır.

Digər çıxış edənlər böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyevin bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilməsindən, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərdiyindən geniş söhbət açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə