Prezident həqiqətləri dünyaya bir daha bəyan etdi

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etmişdir ki, Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurla öz sözünü dünyaya çatdırmış oldu. Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırdı . Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirildi. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasına daxil oldu .İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik.Biz bu gün tam əminliklə deyə bilərik ki , müharibənin nəticələri dünya tərəfindən qəbul edildi . Azərbaycanın haqlı olması bir daha təsdiqləndi .Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bildik.

Eyni zamanda Cənab Prezident öz çıxışında qeyd etmişdir ki:” İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir.Ən müasir texnologiyadan olan əl protezlərinin əl tutma funksiyası təqribən 40-a çatır. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Bütün bu proqramlar da gündəlikdədir.Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.Hər zaman öz sözünü açıq deyir, müstəqil siyasət aparır və bundan çəkinmir”.

Onu da qeyd etmək lazımdır ki , bir aydır ki, azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda şaxtaya, soyuğa, qara baxmayaraq etiraz aksiyası keçirirlər. Bütün Azərbaycanın ürəyi, belə desək, hazırda Laçın yolunda döyünür. Bu aksiya iştirakçılarının əksəriyyəti gənclərdir. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan islahatlar sayəsində beynəlxalq böhranın ölkəmizə təsiri azaldılıb. Müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkəmizdə sosial sahəyə böyük vəsaitin ayrılması Azərbaycanın iqtisadi gücünü göstərir. Azərbaycan Qarabağda aparılan yenidənqurma işləri üçün heç bir ölkədən yardım almayıb, bütün yenidənqurma işlərini öz hesabına aparır.

Cənab Prezident eyni zaman öz çıxışında qeyd etmişdir ki: “Bizim xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin. Uzun illər Azərbaycanda, ölkə daxilində hər hansı bir risklər, təhdidlər yoxdur. Mümkün olan bütün risklər, təhdidlər hüdudlarımızın kənarında formalaşır. Özümüzü bu təhdidlərdən qorumaq üçün əlbəttə ki, xarici siyasət, o cümlədən hərbi siyasət öz rolunu oynamalıdır”.

İlham Əliyev qeyd etdi ki , bizim siyasət həmişə əməkdaşlığa hesablanmışdır.Kimsə bizdən yardım istəyirsə, köməklik edərək daha çox dost qazanmışıq. Bu, Qarabağ məsələsini həll etmək üçün əlbəttə ki, biz dünya ictimaiyyətini inandırmalı idik. Çünki erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda - həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı.

Qürur hissi ilə deyə bilərik ki , Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və əhatəli müsahibəsi ölkə həyatı, dövlətin perspektivi istiqamətində mühüm mesajları ilə yadda qaldı.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə