"Qarabağda urbisid" fotosərgisinin açılışı keçirilir - YENİLƏNİR-FOTOLAR

Bu gün Qarabağ Dirçəliş Fondu və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə "Qarabağda urbisid" fotosərgisinin açılışı baş tutur. SİA xəbər verir ki, dağıdılmış memarlıq, tarixi irs və dini abidələr, onların əvvəlki vəziyyətini əyani göstərən çoxsaylı fotostendlər nümayiş olunacaq. Bu isə həqiqətlərin, reallıqların ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.

Fotosərginin açılışında Qarabağ Dirçəliş Fondunun mətbuat katibi Pərvin Məmmədova və "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov iştirak edəcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə