Postmüharibə dövründə qurumlar nə kimi fəaliyyət göstərib? - QURUMDAN AÇIQLAMA

Postmüharibə dövründə bir çox qurumlar öz fəaliyyət proqramında müxtəlif layihələr həyata keçirərək, mövcud vəziyyətlə bağlı dəstək proqramları həyata keçiriblər. Bəs Postmüharibə dövründə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə kimi layihələr həyata keçirib? Mövzu ilə əlaqədar olaraq SİA Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat alıb.

Qurumdan aldığımız məlumata əsasən, psixososial işin aparılması məqsədilə, 55 şəhid və qazi ailəsinə səfər edilib: " Həmin ailələrdən olan uşaqlar Mərkəz xidmətlərinə və dərnəklərinə cəlb edilmişdir. İyun ayında Ağdam rayonunun Xındırıstan kəndində və Goranboy rayonunun Qızılhacılı qəsəbəsində 6-16 yaşlı 100 uşaqla “Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə psixososial dəstək” layihəsinə başlanılmışdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə