“House M.D.” ulduzu Oliviya Uayld İngiltərəyə köçməyə hazırlaşır

“House M.D.” ulduzu Oliviya Uayld İngiltərəyə köçməyə hazırlaşır

Keçmiş “One Direction” qrupunun üzvü Herri Stayles və sevgilisi, “House M.D.” ulduzu Oliviya Uayld İngiltərəyə köçməyə hazırlaşır. SİA xarici mətbuata istinadən verir ki, hazırda iki uşaq anası olan aktrisa Londonda övladları üçün məktəb axtarışındadır.

“Herri və Oliviya tamamilə bir-birlərinə sadiqdirlər və birlikdə mümkün qədər çox vaxt keçirmək istəyirlər. Onlar Londonun ən yaxşı yer olduğuna qərar veriblər. Hələ heç nə qərarlaşdırılmayıb, lakin onlar ciddi şəkildə köçməyi düşünürlər”, - cütlüyə yaxın mənbə qərb KİV-ə bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə